EN

Azyaşlı uşağa işgəncə verən xala həbs edildi

Azyaşlı bacısı oğlunu döyən qadın həbs edilib.

Bu barədə Ölkə.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev məlumat verib. O bildirib ki, qəyyum Günay Novruzova barəsində həbs qətimkan tədbiri seçilib. 

“Cinayət işi üzrə Sabunçu Rayon Polis İdarəsində istintaq tədbirləri davam etdirilir” – məlumatda deyilir.

Xatırladaq ki, bir neçə gün öncə Sabunçu rayonunda xalanın azyaşlı bacısı oğluna işgəncə verməsi barədə görüntülər yayılıb. Azyaşlının ata-anasının vəfat etdiyi, xalasının himayəsində yaşadığı bildirilib. Yetkinlik yaşına çatmayan şəxsin fiziki zorakılığa məruz qalması ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində hazırda təhqiqat araşdırmasına başlanılıb. Valideynlərini itirən və qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı iddia olunan yeniyetmə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə səhiyyə müəssisəsinə yerləşdirilib.
 

Chosen
91
olke.az

1Sources