525.az saytına istinadən ain.az xəbər verir.
Türkiyədə dəbdəbəli "Dolce Vento" yaxtası suya buraxıldıqdan az sonra batıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə srağagün Zonquldağ sahillərində baş verib.
Qəza zamanı yaxtadakılar suya tullanaraq xilas olublar. Xəsarət alanlar barədə məlumat yoxdur. Batmadan sonra hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Qəzanın hansı səbəbdən yaşandığı hələlik bəlli deyil.
Qeyd edək ki, "Dolce Vento" 700 min funt-sterlinq dəyərində idi.
L.Tağıyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.