EN

"Səhər idmanı" layihəsi günə gümrah başlamaq üçün gözəl addımdır - idman səfiri


Gənclər və İdman Nazirliyinin idman səfiri Fəridə Əzizova jurnalistlərə açıqlamasında bildirib ki, Nazirliyin "Səhər idmanı" layihəsi günə gümrah başlamaq üçün gözəl addımdır. Sabiq taekvondoçu layihəni yüksək qiymətləndirib: "Düşünürəm ki, bu Gənclər və İdman Nazirliyinin gözəl layihələrindən biridir. Belə tədbirlərin keçirilməsi çox yaxşı haldır.
Sadə vətəndaşlar da idman hərəkətləri edərək günə daha gümrah şəkildə başlaya bilərlər. Bu kimi layihələr ona görə yaxşıdır ki, hər kəs idman edir. Həmçinin veteran idmançılar da iştirak edir. Bu, həm bədənimizin oyanması, həm də günə gümrah başlamaq üçün gözəl addımdır".

Mətləb Salahov

Chosen
30
2
baki-xeber.com

3Sources