EN

İndoneziyada Semeru vulkanı partladı

İndoneziyanın Cava adasının şərqində yerləşən Semeru vulkanında 2 partlayış baş verib.
 
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
 
Bildirilib ki, Semeru vulkanının müşahidə mərkəzinin əməkdaşları vulkanın eyni gün ərzində 2 dəfə püskürdüyünü bildiriblər.
 
Rəsmilər yerli vaxtla saat 05:01-də baş verən ilk partlayışın təxminən 140 saniyə davam etdiyini qeyd ediblər.
 
İlk partlayışdan sonra yerli vaxtla saat 09:28-də 145 saniyə davam edən ikinci bir partlayış daha qeydə alınıb. Rəsmilərin sözlərinə görə, vulkandan püskürən kül təxminən 500 metr yüksəklikdə havaya qalxıb və cənub-qərb istiqamətində hərəkət edib.
 
Mütəxəssislər Semeru vulkanının hələ də “2-ci xəbərdarlıq” səviyyəsində olduğunu bildirərək, zirvədən 8 kilometr uzaqlıqda yerləşən Besuk Kobokan bölgəsi boyunca cənub-şərq hissəsində bütün fəaliyyətlərin qadağan edildiyini vurğulayıblar.
 
“Pasifik Atəş Halqası” adlı zəlzələ və vulkan qurşağında yerləşən İndoneziyada təxminən 130 aktiv vulkan mövcuddur.
Chosen
117
operativmm.az

1Sources