EN

"Everton"un müdafiəçisi millimizlə oyunu buraxacaq

Bakı. Trend:

DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turunda Azərbaycanmillisinin qonağı olacaq Ukrayna seçməsinin heyətində ciddi itkibaş verib.

Trend xəbərverir ki, sol cinah müdafiəçisi Vitali Mikolenko sıradan çıxıb. Bubarədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

"Everton"un futbolçusu klubunda zədə alıb. Onun əvəzinə Kiyev"Dinamo"sundan Vladislav Dubinçak yığmaya dəvət olunub.

Qeyd edək ki, Azərbaycan - Ukrayna qarşılaşması 9 sentyabrtarixində Tofiq Bəhramov adına Respublika Stadionunda baştutacaq.

Chosen
68
3
az.trend.az

4Sources