EN

"Oğullarımızın şəxsi həyatı tamamilə onların öz seçimləridir" - Arzu Sabancı

"Oğullarımızın şəxsi həyatı tamamilə onların öz seçimləridir" - Arzu SabancıHande Erçel və Hakan Sabancının ayrılmasına Arzu Sabancının səbəb olduğu və sosial mediada Handeyə söz atdığı iddia edilmişdi.

BiG.AZ xəbər verir ki, Arzu Sabancı paylaşım edərək bu iddiaları təkzib edib.

"Zaman keçdikdən sonra bu açıqlama niyə? – deyə bilərsiniz...
Aşağıdakı yazını çox əvvəl yazmışdım, amma o vaxt çox kədərli bir xəbər aldığım üçün bu mövzunu gündəmə gətirib danışmaq istəmədim.
İndi isə şərhlərdə olmadığım biri kimi göstərilməyim məni kədərləndirdiyi üçün yazmaq istədim.

Dostumda görüb paylaşdığım sitatı, Hande şəkilləri silməzdən çox əvvəl paylaşmışdım. Yazılan sitatın da mövzu ilə heç bir əlaqəsi yox idi, bunun hər halda fərq ediləcəyini düşündüm və sonradan silmədim, amma bu belə səhv başa düşüldü.

Hande hər kəs tərəfindən sevilən, həm sənətində uğurlu, həm də zərif, ağıllı, çox gözəl dəyərlərə sahib gənc bir qızdır. Onların münasibətini hər zaman xoşbəxtliklə izlədik. Ayrılıq qərarı Hakan və Handeyə aiddir; biz ailə olaraq bunu sonradan öyrəndik. Oğullarımızın şəxsi həyatı tamamilə onların öz seçimləri və qərarlarıdır. Biz heç vaxt bu prosesə müdaxilə etmədik və etməyəcəyik.

Məni olmadığım biri kimi göstərməyə çalışmaları kədərlidir.
Amma bunları yazsam da, hər kəs istədiyinə inanacaq. Mən isə yenə də öz həqiqətimi yazaraq buradan paylaşmaq istədim" ,- deyı o bildirib.

Chosen
231
big.az

1Sources