EN

Məşhur yazıçı Ernest Heminqueyin sağ qalan sonuncu uşağı vəfat edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Məşhur yazıçı, 1954-cü ildə Ədəbiyyat üzrə "Nobel" mükafatı laureatı Ernest Heminqueyin kiçik oğlu, yazıçı Patrik Heminquey 98 yaşında dünyasını dəyişib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The New York Times" nəşri onun ailə üzvlərinin məlumatlarına istinadən məlumat verib.
Patrik Heminqueyin sağ qalan sonuncu uşağı idi. O, ABŞ-nin Montana ştatındakı evində dünyasını dəyişib. Onun ölümünü Heminquey ailəsinin nümayəndəsi Bettina Klinger təsdiqləyib.
Ernest Heminqueyin üç övladından biri olan Patrik atasının sənətinə ən yaxını idi. Heminqueyin ilk oğlu Cek balıqçı, qızı Qloriya isə həkim olublar.
Chosen
95
19
oxu.az

10Sources