AZ

Putin Zelenskini Moskvaya dəvət etdi – Ukrayna Prezidentindən sərt REAKSİYA

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinin Moskvada ikitərəfli görüş keçirmək dəvətinə münasibət bildirib.
Oxu.Az xəbər verir ki, bunu Zelenski Parisdə "İstəklilər koalisiyası"nın görüşündən sonra keçirilən mətbuat konfransında açıqlayıb.
"Amerikalı tərəfdaşlarımız bizə dedilər ki, Putin məni Moskvaya dəvət edib. Məncə, əgər görüşün baş tutmamasını istəyirsinizsə, məni Moskvaya dəvət etmək kifayətdir", - deyə Zelenski vurğulayıb.
Eyni zamanda, o əlavə edib ki, əgər Rusiya görüş barədə danışmağa başlayıbsa, bu, artıq müsbət haldır: "Amma hələlik biz onların müharibəni dayandırmaq niyyətini görmürük".
Seçilən
55
50
oxu.az

10Mənbələr