Azərbaycanda xuliqanlıqda ittiham olunaraq həbs edilən ukraynalı milyonçu, "Oleq Bakinski" ləqəbi ilə tanınan Oleq Krapivin və Konstantin Kuçer barəsində olan hökmdən apellyasiya şikayəti və protest verilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə Kuçer Konstantin vəkili Elşad Əliyev çıxış edib.