EN

ICPC Dünya Finalını dəstəkləyən yerli komanda olaraq istedadlara yatırım etmək vizyonundan ilham aldıq - Taleh Kazımov

Bakı. Trend:

Biz Bakıda keçirilən ICPC Dünya Finalını dəstəkləyən yerlikomanda olaraq innovasiyalara, texnologiyalara və hər şeydən əvvəlistedadlara yatırım etmək vizyonundan ilham aldıq.

Trend xəbərverir ki, Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kəçməzov bubarədə Bakıda keçirilən 49-cu Beynəlxalq Tələbə ProqramlaşdırmaOlimpiadası (ICPC) Dünya Finalının bağlanış mərasimindəbildirib.

“Bizim üçün sizi qəbul etmək və ölkəmizin zəngin irsi, gözəlBakı şəhərini bölüşmək böyük şərəfdir. Biz bu yarışmanı dəstəkləyənyerli komanda olaraq innovasiyalara, texnologiyalara və hər şeydənəvvəl istedadlara yatırım etmək vizyonundan ilham aldıq. Xüsusilədə istedadlara, çünki məhz siz gələcək dəyişikliklərinhərəkətverici qüvvəsisiniz. Mən səmimi ümid edirəm ki, evə dönərkənyarışmanın xatirələrini saxlayacaqsınız, amma həm dəmədəniyyətimizin ruhunu, qonaqpərvərliyimizin istiliyini və əlbəttəki, bu günlər ərzində qazandığınız uzunmüddətli dostluğuxatırlayacaqsınız", – T.Kazımov bildirib.

Sədr vurğulayıb ki, hansı komandanın daha üstün olacağını böyükmaraqla izləyib.

“Mən anladım ki, sizin yazdığınız alqoritmlər sadəcə kodsətrləri deyil. Onlarda sizin yaradıcılığınız, səbriniz və ənəsası, komanda işiniz əks olunub. Siz dünya liderləri vəistedadları icmasının bir hissəsinə çevrilirsiniz ki, onlarplanetimizin rəqəmsal gələcəyini formalaşdıracaqlar. Tapşırıqlarıhəll etməyə davam edin, yeniliklər yaratmağa davam edin və ən əsasıbu dünyanın ləyaqətli vətəndaşları olaraq qalın".

Chosen
96
1
az.trend.az

2Sources