EN

Türkiyə qadın voleybol millisi ilk dəfə dünya çempionatının yarımfinalında

Türkiyənin qadın voleybol millisi dünya çempionatında tarixi uğura imza atıb.

90deqiqe.Az-ın məlumatına görə, Tailanda keçirilən mötəbər turnirdə yığma 1/4 finalda ABŞ ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüşdə Türkiyə rəqibini 3:1 (14-25, 25-22, 14-25, 23-25) hesabı ilə məğlub edərək yarımfinala adlayıb.

Bu nəticə ilə Türkiyə qadın voleybol tarixində ilk dəfə dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib. Millinin növbəti rəqibi Yaponiya olacaq. Qarşılaşma sentyabrın 6-da keçiriləcək.

Chosen
38
90deqiqe.az

1Sources