Tanınmış ədəbiyyatçı Ernest Heminqueyin oğlu, yazıçı Patrik Heminquey 97 yaşında vəfat edib.
Bu barədə “The New York Times” (NYT) onun ailə üzvlərinə istinadən məlumat yayıb.
Yazıçının ABŞ-nin Montana ştatındakı evində öldüyü bildirilir.
P. Heminquey atasının sağlığında bitirə bilmədiyi “Həqiqətə nəzər salmaq” kitabını tamamlamaqla tanınır.
"Cebheinfo.az"