EN

Heydər Əliyev prospektində yük maşını hərəkəti iflic etdi

Bakıda Heydər Əliyev prospektindəki yolun bir hissəsi bağlanıb.

Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.

Şahidlərin sözlərinə görə, avtomobil daşıyan yük maşını bardürün üzərinə çıxaraq yolda hərəkətsiz vəziyyətdə qalıb.

Bu səbəbdən yolun bir hissəsində nəqliyyatın hərəkəti çətinləşib və sıxlıq yaranıb.

Chosen
11
1
far.az

2Sources