Bakıda Heydər Əliyev prospektindəki yolun bir hissəsi bağlanıb.
Bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat daxil olub.
Şahidlərin sözlərinə görə, avtomobil daşıyan yük maşını bardürün üzərinə çıxaraq yolda hərəkətsiz vəziyyətdə qalıb.
Bu səbəbdən yolun bir hissəsində nəqliyyatın hərəkəti çətinləşib və sıxlıq yaranıb.