EN

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazırdır

 ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə üçtərəfli görüş keçirməyə hazırdır. Bu barədə ABŞ-ın sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiven Uitkoff “Wall Street Journal”a bildirib.

O qeyd edib ki, Tramp “Ukraynada sülhə nail olmaq üçün bütün yolları nəzərdən keçirməyə hazırdır”.

Daha əvvəl Parisdə 35 ölkədən ibarət “istəklilər koalisiyası” Kiyevə təhlükəsizlik zəmanətlərini müzakirə edib, onlardan 26-sı atəşkəsdən sonra qoşun göndərməyə hazır olduğunu açıqlayıb.

N.Təbrizli

Chosen
207
46
anews.az

10Sources