AZ

Zelenski rusiyalı həmkarının “Moskvatəklifi”ni bir daha rədd etdi:“PUTİN KİYEVƏ GƏLƏ BİLƏR...”

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin  Moskvada danışıqlar aparmaq təklifini yenidən rədd edib.

 

Zelenski “ABC News”a verdiyi müsahibədə Putinin Moskvada ikitərəfli sülh danışıqları aparmaq təklifini qəbul etmədiyini bildirib: “Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket atəşinə tutulur”.

 

Zelenskinin sözlərinə görə, müharibə şəraitində görüşmək istəməyən bir insan qeyri-real və qəbuledilməz təkliflər irəli sürə bilər: “Bu, mənim ondan Kiyevə gəlməsini tələb etməyimlə eyni şeydir”.

  

Ukrayna lideri hesab edir ki, Putin bu təkliflə əslində görüşü gecikdirməyə çalışır.

Seçilən
7
16
senzor.az

10Mənbələr