
“Rusiya Prezidenti Vladimir Putin Kiyevə gələ bilər”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna lideri Volodimir Zelenski ABC telekanalına müsahibəsində deyib.
Qeyd edək ki, sentyabrın 5-də Putin Şərq İqtisadi Forumunun plenar iclasında Zelenski ilə görüşmək üçün ən yaxşı yerin Moskva olduğunu deyib. Dövlət başçısı əlavə edib ki, Ukrayna lideri və onun nümayəndə heyəti Rusiya Federasiyasının paytaxtına səfər etmək qərarına gəlsələr, onların təhlükəsizliyinə 100 faiz təminat verməyə hazırdır. Zelenski müsahibəsində Moskvaya getməyəcəyini bildirib.