AZ

Zelenski: Putin Kiyevə gələ bilər, mən Moskvaya gedə bilmərəm

Zelenski:

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə Moskvada danışıqlar aparmaq təklifini yenidən rədd edib.

Zelenski “ABC News”a verdiyi müsahibədə Putinin Moskvada ikitərəfli sülh danışıqları aparmaq təklifini qəbul etmədiyini bildirib: “Putin Kiyevə gələ bilər. Mən Moskvaya gedə bilmərəm, çünki ölkəm hər gün raket atəşinə tutulur”.

Zelenskinin sözlərinə görə, müharibə şəraitində görüşmək istəməyən bir insan qeyri-real və qəbuledilməz təkliflər irəli sürə bilər: “Bu, mənim ondan Kiyevə gəlməsini tələb etməyimlə eyni şeydir”.

Ukrayna lideri hesab edir ki, Putin bu təkliflə əslində görüşü gecikdirməyə çalışır.

Seçilən
6
14
xalqcebhesi.az

10Mənbələr