EN

DÇ-2026 seçmə mərhələsi: Azərbaycan İslandiya ilə üz-üzə

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan milli komandası 2026-cı il futbol üzrə dünya çempionatına vəsiqə qazanmaq uğrunda mübarizəyə start verir. Komandamız ilk turda İslandiya millisi ilə qarşılaşacaq.
Oxu.Az xəbər verir ki, İslandiyanın paytaxtı Reykyavikdə baş tutacaq qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Görüşü Sander van der Eykin rəhbərliyi ilə Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Ona yan xətt hakimləri Rens Blümink və Stefan de Qroot kömək göstərəcəklər.
Xatırladaq ki, tərəflər arasında indiyədək yalnız bir oyun keçirilib. 2008-ci ildə üz-üzə gələn rəqiblərin görüşü 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, komandamızla eyni qrupda, həmçinin Fransa və Ukrayna yer alıblar.
Chosen
12
9
oxu.az

10Sources