EN

WSJ: ABŞ Ukraynada qoşunların yerləşdirilməsi planının hazırlanmasına kömək edib...

Layihəyə görə, 10 mindən çox hərbçi müxtəlif ölkələrdən cəlb olunacaq, hava qüvvələri isə Ukraynadan kənarda yerləşəcək...

Poliqon xəbər verir ki, ABŞ generalları, o cümlədən NATO-nun operativ komandanlığı nümayəndələri Ukraynada hərbi əməliyyatların dayandırılmasından sonra qoşunların yerləşdirilməsi planının hazırlanmasında iştirak ediblər. Bu barədə The Wall Street Journal Avropa diplomatik dairələrindəki mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, plana əsasən, müxtəlif ölkələrdən 10 mindən çox hərbçi Ukraynada yerləşdiriləcək. Bundan əlavə, hava qüvvələri Ukrayna ərazisində dislokasiya olunmasa da, onun üzərində hava patrul xidmətini həyata keçirəcək.

Məlumata görə, detallı plan Ukraynada iki quru qoşun qrupunun formalaşdırılmasını nəzərdə tutur. Onlardan biri Ukrayna hərbçilərinin hazırlanması və onlara yardım göstərilməsi ilə məşğul olacaq, digəri isə “Rusiya tərəfindən mümkün təcavüzün qarşısını almaq üçün təhlükəsizliyi təmin edəcək”.

Bu məsələ 4 sentyabrda Parisdə keçirilən “könüllülər koalisiyası”nın toplantısında müzakirə olunub. Fransa prezidenti Emmanuel Makronun açıqlamasına əsasən, iclasda iştirak edən 30-dan çox ölkədən 26-sı Ukraynaya öz qoşunlarını göndərməyə hazır olduğunu bildirib. Lakin yekun qərar ABŞ-ın təhlükəsizlik zəmanətləri verməsindən asılı olacaq. Hazırkı mərhələdə isə Vaşinqton bu istiqamətdə heç bir öhdəlik götürməyib.

Poliqon.info

Chosen
112
poliqon.info

1Sources