EN

Qızılın qiyməti 5 000 dollara çata bilər

Bakı. Trend:

ABŞ-nin Federal Ehtiyatlar Sisteminin (FED) müstəqilliyi şübhəaltına düşərsə, qızılın qiyməti bir unsiya üçün təxminən 5 000dollara qədər yüksələ bilər.

Trend xəbər verir ki, bu proqnozu Goldman Sachs bankı"Bloomberg" agentliyinə açıqlayıb.

Analitiklərin fikrincə, FED-in müstəqilliyinin pozulmasıinflyasiyaya, səhmlər və istiqrazların ucuzlaşmasına, eləcə dədolların ehtiyat valyuta statusunun zəifləməsinə səbəb ola bilər.Belə şəraitdə isə qızıl institusional etibardan asılı olmadığı üçündaha cəlbedici qənaət vasitəsinə çevriləcək.

Xatırladaq ki, son zamanlar ABŞ Prezidenti Donald Tramp FEDrəhbərliyinin fəaliyyətini sərt şəkildə tənqid edib.

Hazırda dünya birjalarında qızılın bir Trua unsiyasının qiyməti3 500 dollardan artıqdır.

Chosen
131
2
az.trend.az

3Sources