EN

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

style='margin-bottom:10px;'>

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turundan Gürcüstanla oyundan (3:2) sona maraqlı bir açıqlama verib.

QOL.az xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

Hacıosmanoğlu uzun müddətdir milli komandanın baş məşqçisi italyan Vinçentso Montellanın Türkiyə vətəndaşılığını qəbul edəcəyi ilə bağlı yayılan xəbərlərə cavab verib və bu iddiaları təsdiqləyib. "Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik" - deyə o bildirib.

Qeyd edək ki, Vinçenso Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

Chosen
38
10
teleqraf.com

10Sources