AZ

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Türkiyə Futbol Federasiyasının prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı bir açıqlama verib.

Axar.az xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya ən qısa zamanda Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

Qeyd edək ki, Vinçenzo Montella 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

Seçilən
35
10
axar.az

10Mənbələr