
Fransa prezidenti Emmanuel Makron çoxsəviyyəli diplomatik proses çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında görüşün planlaşdırıldığını açıqlayıb. O, bu barədə Parisdə keçirilən “istəkli koalisiya”nın iclasından sonra danışıb.Makronun sözlərinə görə, Rusiya və ABŞ diplomatları danışıqların qrafikini razılaşdırıblar. Bu qrafikə Rusiya və Ukrayna prezidentlərinin şəxsi görüşü, həmçinin daha sonra üçtərəfli və dördtərəfli formatlarda keçiriləcək məsləhətləşmələr daxildir.Fransa lideri vurğulayıb ki, Paris əldə olunacaq razılaşmaların icrasına zəmanətçi çıxmağa hazırdır.“Əsas tarixlər müəyyən olunub və biz onların icrasına nəzarət edəcəyik. Putin və Zelenski arasında görüş keçiriləcək, ardından isə geniş formatlı danışıqlar davam edəcək,” – deyə Makron bəyan edib.Ulusum.az
Diqqət Çəkənlər
14 yaşlı bacısı oğluna işgəncə verən xala barəsində qərar verildi
DGK: Qızıl-zinət əşyalarının qanunsuz keçirilməsinin qarşısı alınıb - FOTO
Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı başlayır