EN

Montellaya Türkiyə vətəndaşlığı veriləcək

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti İbrahim Hacıosmanoğlu DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda Gürcüstanla oyundan (3:2) sonra maraqlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, o, millinin baş məşqçisi Vinçenzo Montellaya Türkiyə vətəndaşlığı veriləcəyini bildirib.

“Vinçenzo Montellanı ən qısa zamanda Türkiyə vətəndaşı edəcəyik”, - deyə İ. Hacıosmanoğlu əlavə edib.

Qeyd edək ki, italyan məşqçi 2023-cü ilin sentyabr ayında Türkiyə millisinin baş məşqçisi təyin olunub. O, yığma ilə ümumilikdə 24 rəsmi oyun keçirib. “Ay-ulduzlular” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 4 heç-heçə edib, 7 dəfə məğlub olub.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
10
qafqazinfo.az

10Sources