EN

ABŞ və Ekvador kartellərə qarşı mübarizədə əməkdaşlığı gücləndirir

ain.az, Bakivaxti portalına istinadən məlumat yayır.

ABŞ dövlət katibi Marko Rubio Ekvador prezidenti Daniel Noboa ilə paytaxt Kitoda görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, tərəflər narkotik qaçaqmalçılığı, mütəşəkkil cinayətkarlıq, miqrasiya və ticarət əlaqələrini müzakirə ediblər.

Rubio ABŞ-nin Los Lobos və Los Çoneros cinayət qruplarını terror təşkilatı elan etdiyini xatırladaraq Ekvador hökumətinə dəstəyi vurğulayıb.

ABŞ bu məqsədlə 13,5 milyon dollar ayırıb, onun 6 milyonunun pilotsuz uçuş aparatlarının alınmasına sərf ediləcəyi bildirilib.

Noboa isə ABŞ-nin dəstəyini yüksək qiymətləndirib və cinayətkar qruplara qarşı mübarizəni qətiyyətlə davam etdirəcəyini bəyan edib.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
119
bakivaxti.az

1Sources