EN

Azərbaycanın U-21 millisi bu gün ilk matçına çıxacaq

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün ilk matçına çıxacaq. SİA-nın verdiyi məlumata görə, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda yer aldığı B qrupunda Portuqaliya ilə üz-üzə gələcək.

Görüş Barseluş şəhərindəki "Estadio Cidade" stadionunda Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

Qarşılaşmanı kiprli referi Konstantinos Fellas idarə edəcək.

Qeyd edək ki, U-21 növbəti matçını sentyabrın 9-da Bakıda Bolqarıstan yığmasına qarşı keçirəcək. Bu görüş saat 18:00-da start götürəcək.

Chosen
22
4
sia.az

9Sources