EN

Qarabağ erməniləri yenə müharibəyə gedir

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın Qarabağ bölgəsindən könüllü Ermənistana gedən ermənilər kütləvi şəkildə Rusiyaya üz tuturlar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Son aylar qarabağlı ermənilər kütləvi şəkildə Rusiyaya gedir. Onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılmış könüllü dəstələrə, xüsusən də müqaviləli əsgərlərə kifayət qədər yüksək maaş verilən “ArBat”a qoşulurlar. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə sürətləndirilmiş qaydada Rusiya vətəndaşlığı verilir”, – nəşr bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
57
1
globalinfo.az

2Sources