EN

Cənubi Amerikadan 6 komanda DÇ 2026 ya vəsiqəni təmin etdi

ain.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

QOL.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə Argentina millisi lider kimi mundiala vəsiqəni təmin edib. Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay da DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya 1 xal geri qalaraq şansını saxlayır. 

Braziliya – Çili - 3:0

Qollar: Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru - 3:0

Qollar: Aqirre,14,  Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya - 3:0

Qollar: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador - 0:0

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
21
3
qol.az

8Sources