AZ

Cənubi Amerikadan 6 komanda DÇ-2026-ya vəsiqəni təmin etdi

style='margin-bottom:10px;'>

DÇ-2026-nın Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçirilib.

QOL.az xəbər verir ki, Argentina millisi Venesualanı qəbul edib. Lionel Messinin dubl etdiyi görüşdə meydan sahibləri 3:0 hesabı ilə qalib gəlib.

Bu nəticə ilə Argentina millisi lider kimi mundiala vəsiqəni təmin edib. Braziliya, Uruqvay, Kolumbiya, Ekvador və Paraqvay da DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb. 7-ci yerdə qərarlaşan Venesuela isə qitələrarası pley-offda mübarizə aparacaq. Boliviya isə 1 xal geri qalaraq şansını saxlayır. 

Braziliya – Çili - 3:0
Qollar:
Estevao, 38, Lukas Paketa, 72, Bruno Qimaraeş, 73

Uruqvay – Peru - 3:0
Qollar
: Aqirre,14,  Arraskaeta, 58, Vinyas, 80

Kolumbiya – Boliviya - 3:0
Qollar
: Xames Rodriqes, 31, Kordoba, 74, Kintero, 83

Paraqvay – Ekvador - 0:0
 

Seçilən
42
1
teleqraf.com

8Mənbələr