EN

Fransanın Baş naziri postuna əsas namizədin adı açıqlandı

BAKI, 5 sentyabr. TELEQRAF

Fransanın müdafiə naziri Sebastien Lecornu respublikanın Baş naziri ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə "Politico" nəşri xəbər yayıb.

"Sebastien Lecornu bir müddətdir ki, gözləmə siyahısında idi. İndi onun bu vəzifəyə gəlməsi üçün məqam yetişib", - məqalədə deyilir.

Nəşrin qeyd etdiyi kimi, Sebastien Lecornu 2017-ci ildə Fransa Prezidenti Emmanuel Makron seçildikdən sonra hökumətdə qalan və saysız-hesabsız kadr dəyişikliyindən və növbədənkənar seçkilərdən sağ çıxan yeganə nazirdir.

Adının açıqlanmasını istəməyən Fransa parlamentinin rəsmisinə görə, Lecornu “Makron dünyasında” kifayət qədər yaxşı iş görüb, çünki o, “mübarizə üçün müəyyən bacarıqlara malikdir”.

Chosen
80
teleqraf.com

1Sources