EN

Tramp Avropanı “müharibənin maliyyələşdirməkdə” ittiham edib

ABŞ prezidenti Donald Tramp sentyabrın 4-də Avropa liderləri ilə videokonfrans zamanı onları Rusiya neftinin alınması yolu ilə Ukraynadakı “müharibənin maliyyələşdirilməsində” ittiham edib və onları Moskvanı bu gəlir mənbəyindən kəsməyə, eləcə də bununla bağlı Çinə təzyiq göstərməyə çağırıb.

Herbiand.az xəbər verir ki, bu barədə Amerikanın “Axios" internet nəşri və CNN telekanalı – hər ikisi Ağ Evdəki mənbəyə istinadən xəbər yayıb.

CNN-in qeyd etdiyi kimi, Trampın şərhləri Ukraynanı Rusiyaya qarşı müdafiə müharibəsində dəstəkləməyə davam etmək niyyətində olan bir sıra Avropa ölkələrinin, habelə Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı ilə “istəklilər koalisiyası”nın danışıqları zamanı edilib. Məlumata görə, Trampdan bu videokonfransa qoşulmağı Fransa prezidenti Emmanuel Makron və digər Avropa liderləri istəyib.

“Axios”xatırladır ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan sonra Avropa ölkələri Rusiyadan enerji alışlarını kəskin şəkildə azaldıblar. Bununla belə, redaksiya heyətinin Ağ Evdəki həmsöhbətinin sözlərinə görə, “bir il ərzində Rusiya yanacağın satışına görə Aİ-dən 1,1 milyard avro alıb”.

Almaniya kansleri Fridrix Merzin də iştirak etdiyi eyni videozəng haqqında Almaniyanın “Bild” tabloidi xəbər verir. Məlumatda o da bildirilib ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Trampın ittihamlarına cavab olaraq, müharibə başlayandan sonra Aİ ölkələrinin Rusiyadan neft alışının həcminin kəskin şəkildə azaldığına diqqət çəkib. “Bu söhbətdə Trampa deyilib ki, Rusiyadan nefti yalnız Macarıstan və Slovakiya idxal edir”, – nəşr yazır.

“Bild” bundan əvvəl yazmışdı ki, Trampın xüsusi elçisi Stev Vitkoff Avropa ölkələrini Hindistan vasitəsilə Rusiyadan neft almağa davam etdiklərinə görə qınayıb.

Chosen
27
50
herbiand.az

10Sources