EN

“Hraparak”: Qarabağı könüllü tərk etmiş ermənilər Ukraynada döyüşmək üçün Rusiyaya gedir

Qarabağı könüllü tərk edən ermənilər son aylarda kütləvi şəkildə Rusiyaya gedirlər.

APA xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Qarabağı tərk etmiş ermənilərin Rusiya kütləvi axınının səbəbi Ukrayna müharibəsidir.

Belə ki, onlar Rusiya-Ukrayna müharibəsində iştirak etmək üçün yaradılan könüllü dəstələrə, xüsusən müqaviləli hərbi qulluqçulara kifayət qədər yüksək maaş verildiyi erməni batalyonu “Arbat”da qeydiyyata alınırlar.

Chosen
44
7
apa.az

8Sources