EN

Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

Ajans.az xəbər verir ki, bu barədə M.Tayson sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, qarşılaşma 2026-cı ilin yazında baş tutacaq. Qeyd edək ki, 59 yaşlı Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və 44-ü nokautla olmaqla 50 qələbə qazanıb. O, 2011-ci ildə Şöhrət Zalına daxil edilib.

48 yaşlı Meyvezer isə peşəkar karyerasını 2017-ci ildə başa vurub. Amerikalı boksçu peşəkar rinqdə keçirdiyi 50 döyüşün 27-si nokaut olmaqla hər birində qələbə qazanıb.

Chosen
71
10
Ajans.az

10Sources