EN

Ermənistan və Qazaxıstan miqrasiya sahəsində əməkdaşlığı dərinləşdirir

BAKI, 5 sentyabr. TELEQRAF

Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsi “Ermənistan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında miqrasiya sahəsində əməkdaşlıq haqqında Saziş”in ratifikasiyası haqqında saziş layihəsinə müsbət rəy verib.

Teleqraf xəbər verir ki, layihəni komitənin iclasında Ermənistan daxili işlər nazirinin müavini Armen Qazaryan təqdim edib.

Nazir müavinin sözlərinə görə, sazişin əsas məqsədi miqrasiya sahəsində əməkdaşlıq üçün sürətli və effektiv prosedurların yaradılmasıdır.

Qazaryan qeyd edib ki, Ermənistan və Qazaxıstan vizasız rejim də nəzərə alınmaqla, iki ölkə arasında işçi qüvvəsi və vətəndaşların sərbəst hərəkətini təmin etmək baxımından əməkdaşlıq edir: “Saziş Ermənistan və Qazaxıstan arasında miqrasiya sahəsində əməkdaşlığın aktivləşdirilməsi üçün əlavə ikitərəfli vasitədir”.

Chosen
91
teleqraf.com

1Sources