EN

Hindistan Çinlə yaxınlaşmağa çalışır Tariflərə görə

ain.az bildirir, Azxeber.com portalına istinadən.

Hindistan Rusiya nefti və ticarət tarifləri ilə bağlı ABŞ ilə artan gərginliyi "strateji muxtariyyət” siyasəti ilə balanslaşdırmağa çalışır. 

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna-Rusiya müharibəsindən sonra Moskvadan enerji tədarükünü artıran Hindistan, Vaşinqtonun təzyiqlərinə baxmayaraq, endirimli Rusiya neftini almağa davam edir.

ABŞ-nin tətbiq etdiyi yüksək tariflər ikitərəfli münasibətlərdə gərginliyi artırsa da, baş nazir Narendra Modinin Çinə səfəri diqqət çəkib.

Müharibədən sonra Rusiyanın ümumi neft ixracında Avropanın payı 11 faizə enib, Asiya və Okeaniya ölkələrinin payı isə 81 faizə yüksəlib.

Bu dövrdə Hindistanın aldığı Rusiya neftinin ümumi idxalda payı müharibədən əvvəlki 1 faizdən müharibədən sonra 36 faizə yüksəlib.

Gülay

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
16
azxeber.com

1Sources