EN

Sığorta ödənişlərinin Azərbaycanın Rusiyadan tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil - XİN

Bakı. Trend:

Sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələbetdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.

Trend xəbər verir ki, bu barədə Xarici İşlərNazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan HacızadəninRusiya Xarici İşlər Nazirliyinin “Azərbaycan Hava Yolları”aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığortaödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuatməlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinədair açıqlaması ilə bağlı şərhində deyilir.

"Bununla yanaşı, Rusiya Federasiyası Xarici İşlər Nazirliyininmətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiyavətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərininpisləşməsi səbəbi kimi təqdim etməsi və onların azadlığaburaxılmasının münasibətlərin yaxşılaşması üçün şərt kimi irəlisürməsi yanlışdır.

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə məhz AZALtəyyarəsinin vurulması nəticəsində qəzaya uğraması və bundan sonraRusiya rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğuməlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görəazərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərindəazərbaycanlıların döyülərək qətlə yetirilməsi münasibətlərdə əlavəgərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlətqurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsiredən amillər sırasındadır", - XİN rəsmisi qeyd edib.

Chosen
87
49
az.trend.az

10Sources