EN

“Azərxalça” ASC-nin xalçaları dünyanın ən müasir və təlabat duyulan xalçaları sırasında təqdim olundu (FOTO/VİDEO)

Bakı. Trend:

Dünyaca məhşur, interyer üçün əl istehsalı xalça və tekstilməhsullarında ən son beynəlxalq tendensiya və yeniliklərə həsrolunmuş, İngiltərədə nəşr olunan “COVER” jurnalının bu ilki yeninəşrində “Azərxalça” ASC-nin müasir xalçaları da yerini aldı. Xalçayaradıcılığı ilə yanaşı incəsənət sahəsində aparıcı nəşr hesabolunan “COVER”in hər buraxılışı saysız-hesabsız interyerdizaynerlər, böyük brendlər və bu sahənin əsas oyunçularıtərəfindən izlənilir. Qeyd edək ki, nəşirin buraxılışındaxalçalarla yanaşı may ayında Bakıda təşkil olunmuş Beynəlxalq Xalçafestivalı haqqında da geniş məlumat yayımlanıb.

Azərbaycanın ən böyük xalça istehsalçısı hesab olunan“Azərxalça” ASC- də artıq bir neçə ildir ki, ənənəvi xalçalarlayanaşı müasir dizaynda da xalçaların istehsalı davam edir. Müasirxalçaların əksəriyyəti müxtəlif istedadlı rəssam, dizayner vəyaradıcı insanlarla ortaq əməyin nəticəsidir. Bu sıradan AydanSalahova ilə ortaq “Qadın” və “Memarlığın yaddaşı”, rəssam SamirəAllahverdiyeva ilə birgə “Bağçada meyvələr” və “Nar və əncirinsimfoniyası” məhdud saylı kolleksiyalarını misal göstərmək olar.Hər kolleksiyaya daxil olan xalçalar Azərbaycanla yanaşı dünyanınmüxtəlif şəhərlərində sərgilərdə böyük marağa səbəb olub, uğurlasatışı təşkil olunub.

Xalçaların istehsalı və satışı ilə yanaşı “Azərxalça” ASC- ninmilli mənəvi sərvətimiz hesab olan xalçaçılıq sənətinin həmölkəmizdə, həm də ölkə sərhəddindən xaricdə təbliğat və təşviqatfəaliyyəti də davam edir. Artıq 2025- ci ilin ilk aylarındanetibarən Cəmiyyətin Praqada Diasporla İş üzrə Dövlət Komitəsinindəstəyi, “Azərxalça” ASC və “Halama” Çex Kristal şirkətinintəşkilatçılığı ilə “İki gözəllik harmoniyası: Azərbaycan xalçası vəÇex kristalı” sərgisi, Azərbaycan Respublikasının MoldovaRespublikasındakı səfirliyi, “Azərxalça” ASC və Kişineu MilliTarixi Muzeyinin təşkilatçılığı ilə “Gözəlliyin harmoniyası.Azərbaycan xalçalarının zamansız zərifliyi” sərgisi, AzərbaycanınNiderland Krallığındakı səfirliyi və “Azərxalça” ASC-nin birgətəşkilatçılığı ilə Haaqada “Azərbaycan xalçalarının möhtəşəmliyi:sənət vasitəsilə öyrənmək” sərgisi təşkil olunmuşdur.

“Azərxalça” ASC-nin 2024-cü il üzrə maliyyə-iqtisadigöstəriciləri də müəssisənin fəaliyyətində sabit inkişaf və müsbətdinamikanın müşahidə olunduğunu göstərir.

2023-cü illə müqayisədə xalça satışında 26 % artım qeydəalınmışdır. Bu nəticə həm məhsul istehsalının səmərəliliyininyüksəldiyini, həm də bazarda satış imkanlarının genişləndiyininümayiş etdirir. Müəssisənin ixrac potensialının gücləndirilməsi vədaxili bazarda mövqelərin möhkəmləndirilməsi bu artımın əsasamillərindəndir. Son illər “Azərxalça” ASC-nin əsas fəaliyyətistiqamətlərindən biri olan ipək xalça istehsalında danəzərəçarpacaq inkişaf müşahidə olunmuşdur. 2023-cü illə müqayisədə2024-cü ildə ipək xalça istehsalı 180 % cox artmışdır. Lüks seqmentolan ipək xalçaların hər m²-nin orta satış qiyməti 3500 manatayaxın olmasına baxmayaraq, istehsal olunmuş məhsulun 90 %-dəksatılmışdır.

2024-cü ildə gəlirlərin artımı, xərclərin optimallaşması,istehsal həcmlərinin əhəmiyyətli dərəcədə yüksəlməsi və satışınmüsbət dinamikası “Azərxalça” ASC dayanaqlı inkişafının təsdiqiolmuşdur.

2025-ci ilin ilk altı ayı üzrə mövcud proqnozlar da müsbətqiymətləndirilir. İlin birinci yarısında əldə olunmuş nəticələrmüəssisədə pozitiv proseslərin davam etməsini göstərir. Bu isə“Azərxalça” ASC-nin qarşıya qoyduğu strateji hədəflərə uyğunolaraq, istehsalın artırılması, ixrac imkanlarınıngenişləndirilməsi və maliyyə sabitliyinin möhkəmləndirilməsiistiqamətində atılan addımların düzgünlüyünü bir dahatəsdiqləyir.

Bütün əldə olunan uğurlar idarəetmədə tətbiq olunan səmərəliqərarların, resurslardan rasional istifadənin və xərclərinoptimallaşdırılması üzrə aparılan tədbirlərin nəticəsi olmuş,müəssisənin maliyyə dayanıqlığının möhkəmləndirilməsinə mühüm töhfəvermişdir.

“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
“Azərxalça”
Məqalədə:
Chosen
35
3
az.trend.az

4Sources