EN

Elçin Məsiyev Niderland millisinin oyununda

Azərbaycanlı referi Elçin Məsiyev DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununu idarə edəcək.

"Cebheinfo.az" AFFA-ya istinadən xəbər verir ki, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək.

Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benoi Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.

"Cebheinfo.az" 

Chosen
77
43
cebheinfo.az

10Sources