AZ

Elçin Məsiyev dünya çempionatı matçına təyinat alıb

 Azərbaycanlı FIFA referisi Elçin Məsiyev təyinat alıb.

Missiya.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.

Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.

Qeyd edək ki, G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən "Daryus və Qirena" stadionunda keçiriləcək.

Seçilən
72
29
missiya.az

10Mənbələr