EN

Füzulidə yanğın törədən şəxs məsuliyyətə cəlb olunub

Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxsi polis əməkdaşları saxlayıb.

Bu barədə Azreform.info -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. 

Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.

Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.

Chosen
33
30
azreform.info

10Sources