ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Füzuli rayonunun Babı kəndinin ərazisində yanğın törədən şəxsi polis əməkdaşları saxlayıb.
Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Ələkbər Fərəməzovun törətdiyi müəyyən olunub. Hadisə nəticəsində 1 hektar ərazidə əkin sahəsi yanıb.
Ə.Fərəməzov barəsində inzibati qanunvericiliyə uyğun olaraq 400 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq olunub.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.