Bakı. Trend:
Bakının Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Trendxəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs paytaxt sakini olan bir nəfərinevindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindənkeçirilən əməliyyat-axtarış tədbirilə cinayət əməlini törətməkdəşübhəli bilinən 27 yaşlı M.Muradova saxlanılıb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərinbirindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlıA.Umudova da tutulub.
Araşdırmalar davam etdirilir.