Nərimanov rayonunda oğurluq hadisəsi qeydə alınıb. Naməlum şəxs paytaxt sakini olan bir nəfərin evindən 16 min manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı M. Muradova saxlanılıb.
Nəsimi rayonunda polisin keçirdiyi tədbir zamanı isə kafelərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən 23 yaşlı A.Umudova tutulub.
Araşdırmalar davam etdirilir.