EN

Paytaxtın mərkəzində memarlıq abidəsinin konstruksiyalarının söküntüsünün qarşısı alınıb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 sentyabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonu, Bülbül prospekti, 28 May küçəsində yerləşən, yerli əhəmiyyətli memarlıq abidəsinin fasadında icazəsiz quraşdırılmış metal konstruksiyalar Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin müdaxiləsi ilə sökülür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən AZƏRTAC-a bildirilib ki, hazırda məsələ Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin nəzarətindədir.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına əsasən (inventar nömrəsi 2985) bu bina dövlət tərəfindən mühafizə olunan memarlıq abidələri siyahısına daxildir. Bununla yanaşı, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mütəxəssisləri ilə birlikdə abidənin tarixi görkəminin bərpası istiqamətində zəruri tədbirlər görülür.

Gələcəkdə də memarlıq abidələrinin tarixi simasının qorunması üçün istənilən razılaşdırılmamış müdaxilələrin qarşısı qətiyyətlə alınacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
43
23
azertag.az

10Sources