EN

“Görünür, biz Rusiya və Hindistanı itirdik” – Tramp Çini təhqir etdi, Rusiyanı və Hindistanı dəftərindən sildi

Olaylar.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp yenidən sərt və tikanlı mesajları ilə gündəmə gəlib. O, sosial şəbəkə hesabında Rusiya prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Hindistan baş naziri Narendra Modinin birgə fotosunu paylaşaraq ağır ittihamlarla çıxış edib.

Tramp paylaşımında yazıb:
"Görünür, biz Hindistanı və Rusiyanı ən dərin və qaranlıq Çinlə itirdik. Qoy onların birlikdə uzun və firavan gələcəyi olsun!"

Bu açıqlama həm tonuna, həm də alt məna daşıyan mesajına görə diqqət çəkib. ABŞ lideri Çini "ən dərin və qaranlıq gecə" ilə müqayisə edərək təhqir edib, eyni zamanda Hindistan və Rusiyanı Vaşinqtonun strateji orbitindən çıxmış dövlətlər kimi təqdim edib.

Qeyd edək ki, Tramp iki gün əvvəl də Çini, Rusiyanı və Şimali Koreyanı ABŞ-a qarşı gizli sövdələşmədə günahlandıran paylaşım etmişdi. Bu dəfə isə mesajında açıq şəkildə Hindistan və Rusiyanı "Çinlə birləşənlər" sırasına daxil edib.

Trampın ardıcıl sərt açıqlamaları beynəlxalq siyasi dairələrdə ABŞ-ın Cənubi və Şərqi Asiya siyasətinə dair yeni mübahisələr doğurub. Analitiklər hesab edirlər ki, bu cür kəskin ritorika Vaşinqtonla Dehli və Moskva arasında münasibətlərin gələcəyinə birbaşa təsir göstərə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
olaylar.az

1Sources