AZ

Trampdan Çikaqo təhdidi

ABŞ Prezidenti Donald Tramp demokratların üstünlük təşkil etdiyi Illinoisin ştatın ən böyük şəhəri Çikaqonu hədəf alaraq, qeyri-qanuni miqrant əməliyyatının anonsunu verib.

Tramp “Truth Social” hesabından süni zəka ilə yaradılmış bir görüntü paylaşaraq Vaşinqton kimi Çikaqoya da milli qvardiya qüvvələrinin göndəriləcəyini işarə edib.

Daha əvvəl Çikaqo üçün “dünyanın ən təhlükəli şəhəri” və “cəhənnəm çuxuru” ifadələrini işlədən Tramp paylaşımında, “Çikaqo burada niyə hərbi nazirlik adlandırıldığını öyrənəcək”, – yazıb.

Paylaşdığı görüntüdə “US. ARMY (Birləşmiş Ştatlar Ordusu)” yazılı xaki rəngli uniforma və kovboy papağındakı “X” hərfi şəklində iki qılınc simvolu diqqəti çəkib.

Təsvirdə həmçinin Çikaqonun göydələnləri üzərində uçan 5 vertolyot, atəş və tüstü təsviri yer alıb.

Respublikaçı prezident Donald Tramp ABŞ-ın paytaxtı Vaşinqtondan sonra Demokrat qubernator və bələdiyyə başçısının olduğu Çikaqoda da təhlükəsizliyi təmin etmək üçün milli qvardiya birlikləri və ya ABŞ Miqrasiya və Gömrük Mühafizə polisinin göndəriləcəyini bildirib.

Seçilən
7
50
vaxt.az

10Mənbələr