ABŞ-nin keçmiş prezidenti Co Bayden dəri xərçəngi lezyonlarını aradan qaldırmaq üçün Mohs əməliyyatı keçirib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə prezident aparatının sözçüsü Kelly Scully məlumat verib.
Bildirilir ki, Bayden Mohs əməliyyatı keçirib. Bu əməliyyat dərinin nazik təbəqələrinin tədricən çıxarılması və heç bir xərçəng hüceyrəsi qalmayana qədər mikroskop altında araşdırılması ilə həyata keçirilir.
Əməliyyatın məqsədi xərçəng hüceyrələrini tamamilə aradan qaldırmaqdır.