EN

Şəkidə qayda pozan “VAZ” sürücüsü zəncirvari qəza törətdi VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 4-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 34-BH-409 dövlət nömrə nişanlı “VAZ-2109” markalı, 90-GH-255 dövlət nömrə nişanlı “Mercedes” markalı və 99-VA-448 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə toqquşub. Qəzaya səbəb “VAZ” sürücüsünün sola dönən zaman qarşıdan gələn “Mercedes”ə yol vermədən hərəkət etməsi olub. Hadisə zamanı “VAZ” və “Mercedes” tamamilə yararsız vəziyyətə düşüb, digər avtomobilə də maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Qeyd edək ki, hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
68
avtosfer.az

1Sources