EN

Tailandda yeni Baş nazir seçilib

Tailand parlamenti ölkəyə yeni Baş nazir seçib.

APA xəbər verir ki, səsvermə nəticəsində Anutin Çarnvirakul Tailandın yeni Baş naziri təyin edilib.

Çarnvirakul baş nazir seçilməzdən əvvəl, mühafizəkar müxalifət partiyası olan “Bumcaytai” ın sədri olaraq fəaliyyət göstərib.

Qeyd edək ki, bir müddət əvvəl Tailandın konstitusiya məhkəməsi sabiq Baş nazir Şinavatranı vəzifədən uzaqlaşdırıb.

O, Kamboca lideri ilə telefon danışığı zamanı etik qaydaları pozmaqda və öz maraqlarını milli maraqlardan üstün tutmaqda günahlandırıb.

Chosen
55
3
apa.az

7Sources